“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
31 Yanvar 2023 16:14
3 710
Vladimir Putin Rusiyanın regionlarında terror təhlükəsi səviyyəsinin tətbiqi üçün məhdudiyyəti ləğv edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti fərman imzalayıb.
Əvvəllər regionda terror təhlükəsinin səviyyəsi 15 gündən çox olmayan müddətə müəyyən edilə bilərdi. Amma indi bu məhdudiyyət təhlükə səviyyəsinin tətbiqi prosedurundan çıxarılıb, təhlükə səviyyəsinin tətbiqi ilə bağlı qərar məhdudiyyətsiz olur və ləğv edilənə qədər qüvvədədir.
Qeyd edək ki, 2022-ci ilin yazından terror təhlükəsinin “sarı” səviyyəsi Rusiyanın Belqorod və Kursk vilayətlərində, Sevastopolda, Krımın müəyyən rayonlarında və Krasnodar diyarında tətbiq olunub.
Əvvəlki vaxt məhdudiyyəti ilə əlaqədar olaraq, regionların səlahiyyətliləri mütəmadi olaraq onun qüvvədə olma müddətinin uzadılmasını bəyan ediblər.
10 Sentyabr 20:35
630
10 Sentyabr 18:07
721
10 Sentyabr 16:43
840