Polşada hərbçilərə səmadakı kənar obyektləri vurmaq icazəsi verilib
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Elm və təhsil naziri: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Emin Əmrullayev: Uşaqların adının məktəbdə, özlərinin repetitor yanında olması səhvdir
28 Mart 2023 08:34
2 191
Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi başa çatıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) məlumat yayıb.
Yüksək Seçim Qurumunun sədri Əhməd Yener deyib ki, prezident seçkilərində iştirak edəcək 4 namizədin namizədliyi dəqiqləşib. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kemal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın prezidentliyə namizədliyinin müəyyənləşdirilməsinə qərar verildiyi bildirilib.
Türkiyədə prezident və parlament seçkiləri 2023-cü il mayın 14-də keçiriləcək.