“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
28 Mart 2023 17:44
2 744
Ermənistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusuna qoşulmaqla Azərbaycan hərbi-siyasi rəhbərliyinə qarşı müəyyən bir mərhələdə hər-hansı bir beynəlxalq hüquq addım atacağını düşünür.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Beynəlxalq Cinayət Məhkəməsinin V. Putin haqqında həbs ordeninin verilməsindən sonra N. Paşinyanın bu addımı atması təsadüfi deyil. Təbii ki, Ermənistan rəhbərliyi V. Putin bu ölkəyə gələrsə, həbs etmək cəsarətində deyillər. Sadəcə, belə bir prosedurun həyata keçirilməsi N. Paşinyanı həvəsləndirib:
"İlk növbədə Putin haqqında qəbul edilən qərar beynəlxalq aktyorların qərarıdır və Qərblə Rusiya arasında davam edən savaşın tərkib hissəsi olaraq Putinin izolyasiyasına xidmət edir. Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmaqdan prosesləri böhrana yuvarlamaq və nəyəsə nail olmağa çalışır. Azərbaycan öz ərazilərini işğaldan azad edib, ərazisində silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirərsədə buna Ermənistanın qarışması hüquq pozuntusudur. Azərbaycan Ermənistan ərazisində nə işğal, nə də müharibə cinayətlər etməyib və etməyəcək".
O, qeyd edib ki, Ermənistan rəhbərliyinin Azərbaycanla bağlı planları sadəcə, olan olaraq kağız üzərində qalacaq. Azərbaycan Ermənistan rəhbərliyini Gəncədə, Bərdədə mülki insanlara qarşı müharibə cinayətləri törətdiyinə görə beynəlxalq məhkəməyə müraciət etməlidir.
Cavid
10 Sentyabr 20:35
784
10 Sentyabr 18:07
875
10 Sentyabr 16:43
994