Ukraynada KİV üzərində dövlət nəzarətini gücləndirən qanun qüvvəyə minib Dünya

Ukraynada KİV üzərində dövlət nəzarətini gücləndirən qanun qüvvəyə minib

Ukraynada KİV üzərində dövlət nəzarətini gücləndirən və və Rusiyanın hərəkətlərinin müsbət işıqlandırılmasını qadağan edən media qanunu qüvvəyə minib.

Bu barədə sənəd Ukrayna Ali Radasının rəsmi internet səhifəsində dərc edilib.

Qənul olunan sənəd Milli Televiziya və Radio Şurasına məhkəmənin qərarı olmadan media subyektini cərimələməyə və fəaliyyətini qadağan etməyə imkan verir.

Qeyd olunub ki, dərc edilən sənəd ölkənin hakim “Xalqın xidmətçisi” partiyasının deputatları tərəfindən hazırlanıb və 2019-cu ilin dekabr ayının sonunda parlamentdə baxılması üçün qeydə alınıb.

Sənəd həmin dövrdə ölkənin media qurumları tərəfindən tənqid olundu, lakin 2020-ci ilin mayında yenidən baxılmaq üçün parlamentə göndərildi.

Ötən ilin 13 dekabrında, kəskin tənqidlərə baxmayaraq, Ali Rada qanun layihəsini ikinci oxunuşda qəbul edib. 29 dekabrda isə ölkə Prezidenti Vladimir Zelenski qanunu imzalayıb və qanun “Ukraynanın səsi” qəzetində rəsmi dərc edildiyi gündən üç ay sonra, yəni ki, 31 martda qüvvəyə minir.