“İvanişvili Putinin müttəfiqidir” Dünya

“İvanişvili Putinin müttəfiqidir”

ABŞ Konqresinin üzvü Bidzina İvanişvilinin bank hesablarının dondurulmasını tələb edib

"Amerika prezidentini Gürcüstanda keçirilən seçkinin müşahidə edilməsi porsesinə yardım etməyə, ABŞ-ın Maliyyə Nazirliyi və qərb dövlətlərinin banklarını Bidzina İvanişvilinin hesablarını dondurmağa çağırırıq".
Bunu ABŞ Konqersinin üzvü Stiv Rassel bəyan edib.
O bildirib ki, Bidzina İvanişvili hökumətə hələ də təsir edə bilir: "Xatırladım ki, Gürcüstanın keçmiş baş naziri Rusiya prezidenti Vladimir Putinin müttəfiqidir".
Qeyd edək ki, 60 yaşlı, gürcü milyader Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. 2013-cü il noyabrın 23-də siyasətlə məşğul olmayacağını bəyan edərək, istefa verib.