Ukrayna əks-hücumu Rusiya ərazisindən başlayıb Dünya

Ukrayna əks-hücumu Rusiya ərazisindən başlayıb

Ukrayna əks-hücumu Rusiya ərazisində başlamaqla bir neçə hədəfə nail olacaq. İlk növbədə Rusiyanı məcbur edəcək ki, elit qüvvələrini arxa cəbhyə göndərsin. Nəticədə Ukrayna qoşunlarının hücum zamanı müqavimətlə qarşılanması kifayət qədər zəif olacaq.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, məhz Rusiyanın Ukraynanın paytaxtını kütləvi raket atəşinə tutması, Rusiya ərazisinə bu əks-hücuma reaksiyasıdır. Görünür, bu plan NATO tərəfindən işlənib hazırlanıb:

"Döyüşlərin davam edəcəyi və Rusiyanın avqustda Baxmut və digər ərazilərdən geri çəkilməsi ilə nəticələnə bilər. Rusiya Luqansk və Donbasda silahlı qüvvələrini çıxarıb Belqorad, Bryanskda gedən döyüşlərə göndərir. Bununla Kiyevin planın baş tutduğunu demək olar.

Təbii ki, Kiyevin uğurlu hərbi əməliyyatlarını Rusiya ərazisinə keçirməsi, Kremldə gözlənilmirdi. Kiyev tərəfindən verilən açıqlamalar bu kimi hücumları istisna edirdi. Artıq, Rusiyanın Qərb əraziləri Ukraynanın legitim hədəfinə çevrilib. Hərbi əməliyyatları uğurla aparmaq üçün Qərbdən kifayət qədər silahlar alınıb. Belqorod, Bryans və Kursk istiqamətində döyüşlər uğurlu olacaqsa, Ukraynanın hədəfi Krıma hücum etmək olacaq".

Rusiya ərazisinə "Azad Rusiya" ordusu adı ilə hücumlar edilirsə, eyni birliklərdən ibarət "Krımın azadlığı" ordusu yaradılıb, belə bir hücum edilməsi mümkündür. Necəki, Rusiya 2014-cü ilə "Yaşıl formalılardan" istifadə edib, Krıma hücum etmişdi.

Cavid