Stoltenberq: NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşır Dünya

Stoltenberq: NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşır

NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşırlar.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Buxarest doqquzluğu" ölkələri liderlərinin iclasında çıxışı zamanı deyib.

NATO Baş katibi vurğulayıb ki, bu ilin iyulunda Vilnüsdə keçirləcək sammitdə NATO müttəfiqləri əhəmiyyətli qərarlar alacaq. "Bizim bu ilin iyulunda NATO-nun Vilnüs sammitində alacağımız qəraralar əhəmiyyətli olacaq. Biz çoxillik yardım paketi ilə Ukraynaya dəstəyimizi gücləndirəcəyik, Ukrayna ordusunun Sovet standartlarından NATO standartlarına keçdini sürətləndirəcəyik və Ukraynanı NATO-ya daha da yaxınlaşdıracağıq. Bütün müttəfiqlər NATO-nun qapısının açıq olması ilə bağlı razılaşırlar, bu da deməkdir ki, Ukrayna NATO-nun üzvü olacaq və Rusiyanın buna veto qoymaq hüququ yoxdur', - Stoltenberq çıxışında vurğulayıb.