
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...
11 Fevral 23:12
11 Fevral 23:12
11 Fevral 22:17
11 Fevral 20:03
11 Fevral 19:33
“İlon Maskın və Bill Qeytsin Çinə səfərləri ABŞ-ın mühafizəkar dairələrində tənqid olunsa da, Vaşinqtondakı beyin mərkəzləri bu tipl təmasların vacib olduğuna diqqəti çəkiblər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politloloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu bildirib ki, 1970-ci illərdə ABŞ-la Çin arasında isti münasibətlər məhz idman yarışları vasitəsilə qurulmuşdu: “Bundan sonra iki ölkənin liderlərinin qarşılıqlı səfərləri oldu və iki ölkə arasında əməkdaşlıq genişləndi. O illərdə Pekinlə sıx dialoq Vaşinqtona ona görə lazım idi ki, kommunsit Çinlə kommunist SSRİ ABŞ-a qarşı ittifaq qurmasınlar. Ağ Ev o zaman buna nail oldu. Ancaq hazırda beynəlxalq aləmdə durum fərqlidir. Vaşinqton hazırki siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir, ancaq hələ ki, bu alınmır. İlon Maskın və Bill Qeytsin, o cümlədən Entoni Blinkenin Çindəki görüşlərindən nəticə əldə edəcəyi problematikdir. Çünki Çin ABŞ-la rəqabətdə gücünü artırmağa çalışır”.