Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq
Suriya Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasını dəstəkləyib
“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
ABŞ-dən açıqlama: Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyəcək
21 İyun 2023 16:51
3 157
Aİ-nin Ermənistandakı missiyası genişlənir.
Bu barədə məlumat Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının (The Eastern Partnership - EaP) saytında dərc edilib.
Məlumata əsasən, artıq missiyada 23 vəzifə üzrə işə qəbul elan edilib və iş yerləri Ermənistanın müxtəlif bölgələrindədir.
Qeyd edək ki, Aİ-nin Ermənistandakı missiyası ilə müqavilə 2025-ci ilin fevral ayına qədər qüvvədədir.
Həmçinin əlavə edilib ki, Aİ missiyası Qafan, İcevan və Yeğeqnadzor rayonlarında yeni əməliyyat mərkəzləri açacaq.
Xatırladaq ki, bu il 20 fevraldan etibarən Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Aİ missiyası yerləşdirilib.
Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.