Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
4 İyul 2023 08:04
1 883
NATO-nun hərbi komandanlığına yeni müdafiə və çəkindirmə planları üçün qoşunları hazırlamağa illər lazım olacaq.
Trend xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirib.
"Bu, vaxt aparacaq. Dəyişikliyə dərhal nail olmaq mümkün olmayacaq. Tapşırığı yerinə yetirmək üçün bizə uzun illər lazım olacaq. Hər bir NATO ölkəsi bununla bağlı iş görməlidir", - deyə o bildirib.
Eyni zamanda, Bauer bildirib ki, yeni planlar hələ tamamlanmamışdan əvvəl də alyansa müxtəlif təhdidlərlə daha effektiv mübarizə aparmağa kömək edəcək.
Onun sözlərinə görə,planların iyulda Vilnüsdə keçiriləcək NATO sammitinin iştirakçıları tərəfindən təsdiqlənməsi gözlənilir.
"Vilnüsdən sonra isə əsl iş başlayacaq. Biz bu planları həyata keçirə bilmək üçün tədbirlər görməliyik", - deyə o əlavə edib.