ABŞ məhbusların böyük hissəsini transfer edir Dünya

ABŞ məhbusların böyük hissəsini transfer edir

ABŞ bəyan edir ki, Guantanamo Bay həbsxanasındakı 15 məhbus Birləşmiş Ərəb Əmirliklərinə göndərilib ki, bu da Barack Obamanın prezidentliyi dövründə ən böyük transferdir.
Pentaqon deyir ki, 12 yəmənli və 3 əfqanın transfer olunması həbsxanadakı məhbusların ümumi sayını 61-ə endirib.
Məhbusların çoxu hər hansı məhkəmə olmadan 10 ildən çox həbs cəzası alıb.
Prezident Obama istəyir ki, vəzifəsindən getməzdən əvvəl həbsxananı bağlasın.
Ağ Ev həbsxanada qalan digər məhbusları ABŞ-a transfer etmək istəyir, lakin Konqres bununla razılaşmır.
Bazar ertəsi yayılan məlumatda Pentaqon deyir: "ABŞ hakimiyyəti humanist jestinə və Guantanamo Bay həbsxanasını bağlamaq istəyini dəstəklədiyinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə təşəkkür edir."
Aprel ayında 9 yəmənli məhbus Səudiyyə Ərərbistanına göndərilib.
Guantanamo Bay həbsxanası Kubanın cənub-şərqindəki ABŞ dəniz bazasında yerləşir.
2001-ci ildə ABŞ-da baş verən hücumdan sonra sabiq prezident George W Bush terrorda şübhəli bilinən əcnəbiləri yerləşdirmək üçün bu həbsxananı açmışdı.
İllik xərci 445 milyon dollara başa gələn həbsxanada 700-dən çox məhbus saxlanılıb.
Fevral ayında Ağ Ev həbsxananı bağlamaq üçün Konqresə plan təqdim edib.