Meksikada narkobaronun oğlu oğurlanıb Dünya

Meksikada narkobaronun oğlu oğurlanıb

Meksikanın El Chapo ləqəbli narkobaronu, Joaquim Guzmanın oğlu bazar ertəsi günü Sakit okean sahilində yerləşən şəhərdə oğurlanan cinayətkarlar arasında olub, rəsmilər deyir.
Onlar deyir ki, Sinaloa Cartel qrupunun 6 üzvündən biri olan 29 yaşlı Jesus Alfredo Guzman rəqib banda, Jalisco New generation tərəfindən oğurlanıb.
Bu ilin yanvarında həbs olunan narkobaron Guzman, Sinaloa Cartel qrupunu uzun illər idarə edib. Ehtimal olunur ki, onun oğlu əsas üzvlərindən olub.
29 yaşlı Jesus Alfredo ABŞ-da narkotik maddə qaçaqmalçılığı ittihamı ilə axtarışdadır. ABŞ onun atasının da bu ölkəyə ekstadisiya olunmasını istəyir.
Meksikanın "birinci narkobaronu" sayılan Joaquin Guzman ötən il, uzunluğu 1 kilometrdən çox olan yeraltı tunel vasitəsilə saxlandığı həbsxanadan qaçmışdı.
Dəstənin 6 şübhəli üzvü bazar ertəsi günü, səhər saatlarında Puerto Vallarta-da yerləşən restorandan oğurlanıb, Jalisco məlumat yayıb.
Ştatın baş prokuroru Eduardo Almaguer jurnalistlərə açıqlamasında deyib ki, hadisə yerindən toplanan məhkəmə ekspertiza nümunələri sübut edir ki, Jesus Alfredo oğurlanıb.
O əlavə edib ki, oğurlanan daha 4 nəfərin kimliyi müəyyən olunub.
Digər bir məlumata görə, hadisə qurbanları arasında Guzman-ın digər oğlu, Ivan da ola bilər.
Yerli rəsmilərin yaydığı məlumata görə, hadisə qurbanları dəbdəbəli restoranda şənlik keçirmək üçün qonşu ştatlardan təşrif buyurubmuşlar.
Meksikada olan BBC müxbiri Juan Paullier deyib ki, insan oğurluğu Meksikada əsas olan iki klan arasında müharibənin başlamasına səbəb ola bilər.
Sakit okeanın Meksika sahili boyunca narkotik maddələrin dövriyyəsinə nəzarət etmək üçün Jalisco New Generation və Sinaloa Cartel arasında mübarizə gedir.
Meksikalı qruplar əsasən kokain olmaqla hər il tonlarla qanunsuz narkotik maddəni ABŞ-a yollayır.