Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
2 Dekabr 2023 13:52
3 318
ABŞ, Böyük Britaniya və Avstraliya 2024-cü ildə "AUKUS" üçtərəfli hərbi tərəfdaşlığı çərçivəsində birgə dəniz təlimləri keçirəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kaliforniya ştatında Avstraliya və Böyük Britaniyadan olan həmkarlar ilə birgə mətbuat konfransında deyib.
ABŞ nazirinin sözlərinə görə, "AUKUS"un iştirakçı ölkələri gələn il üçrtərəfli dəniz sınaqları və təlimləri keçirəcək.
Müdafiə nazirlərinin Pentaqon tərəfindən dərc olunmuş birgə bəyanatına əsasən, dəniz təlimləri hərbi sənaye sahəsindəki şirkətlər üçün dəniz vasitələrinin hazırlanması, nümayişi və istehsalında iştirak imkanı yaradacaq.
"Bu sınaq və təlimlər sayəsində "AUKUS" üzrə tərəfdaşlar pilotsuz dəniz sistemlərindən birgə istifadə, üç ölkənin məlumatlarının mübadilə və emalı, eləcə də qərar qəbulunda yardım üçün vaxtında xəbərdarlıq üzrə imkanları sınaqdan keçirərək təkmiləşdirməyə davam edəcək", - bəyanatda deyilir.
Qeyd edək ki, "AUKUS" İttifaqı ABŞ, Avstraliya və Böyük Britaniya arasında yaradılıb. Ağ Ev bu ittifaqın gələcəkdə ABŞ-nin Avropa və Asiyadakı tərəfdaşlar hesabına genişlənə biləcəyini istisna etmir.