Matthev qasırğası Haitidə yüzlərlə insanın ölümünə səbəb olub Dünya

Matthev qasırğası Haitidə yüzlərlə insanın ölümünə səbəb olub

Haitidə onillik boyu ən güclü Karib fırtınası sayılan Matthev qasırğası nəticəsində ölüm sayı 283-də çatıb, hökumət bildirir. Məlumata görə, təkcə Roce-a-Bateau şəhərində 50 nəfər həyatını itirib, Sud əyalətində 30 min ev dağılıb. ABŞ ştatı Floridaya tərəf yönəlmiş qasırğa, ikinci ən güclü qasırğa təsnifatı sayılan 4-cü dərəcə fırtına səviyyəsinə yüksəlib.
Ölənlərin yeni sayı barədə məlumat Haiti dövlət rəsmiləri tərəfindən verilib. Cümə axşamı bu say 100 nəfərdən artıq idi. Matthev qasırğası son 10 ilin ən güclü fırtınası sayılır. Baham adalarında başlayan fırtına Cuba və Haitiyə doğru irəliləyib. Qasırğa ən çox ziyanı Haitinin sahilyanı şəhər və kəndlərinə vurub. Burada bir çox insan ağacların aşması, sel və daşqınlar nəticəsində həlak olub. Qeyri-hökumət təşkilatları telefon xətlərinin və elektrikin kəsildiyini bildirir.
BBC-nin əməkdaşı Toni Brovnun verdiyi xəbərə görə, şimal-qərbi Haitidə insanlar öz gücləri hesabına fəlakətdən xilas olmağa çalışır. ABŞ ən çox ziyan görmüş bölgələrə kömək üçün qida və su çatdıracaq doqquz hərbi helikoper göndərir. Haiti dünyanən ən kasıb ölkələrindən biridir - burada insanların çoxu dağılmağa meyilli evlərdə yaşayır. Dominikan Respublikasında isə azı 4 nəfər divarların dağılması və palçıq lavaları səbəbilə həyatını itirib.
Yaxınlaşan qasırğaya görə, ABŞ-ın Florida ştatının atlantik sahillərini milyonlarla sakin tərk edir. Milli qasırğa proqnozlaşdırılması mərkəzi xəbərdarlıq edib ki, fırtına nəticəsində dalğaların yüksəkliyi 5 metrə qədər qalxa bilər. Prezident Barak Obama üç ştatda fövqəladə vəziyyət elan edib, ora əlavə xilasetmə qrupları göndəriləcək. Bir çox rayonlarda sürücülər benzin üçün növbəyə düzülüb, yerli sakinlər su və ərzaq ehtiyatı alıb. Məktəblər, universitetlər və hökumət müəssisələri bağlanır. Mayami hava limanlarından uçuşların təxminən 90 faizi ləğv edilib.