Altıncı nəsil döyüş təyyarəsi 2050-ci ilə qədər Rusiyada peyda ola bilər Dünya

Altıncı nəsil döyüş təyyarəsi 2050-ci ilə qədər Rusiyada peyda ola bilər

2050-ci ilə qədər Rusiyada altıncı nəsil döyüş təyyarəsi peyda ola bilər, onun konsepsiyası ilə bağlı indi hərbçilərlə fikir mübadiləsi aparılır.

Bu barədə Dövlət Tədqiqat Aviasiya Sistemləri İnstitutunun elmi direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Fedosov TASS üçün köşə yazısında qeyd edib.

"Hazırda biz altıncı nəsil təyyarənin konsepti üzərində düşünürük, kəşfiyyat xarakterli tədqiqatlar, hərbi ekspertlərlə fikir mübadiləsi aparırıq. Belə bir təyyarə 2050-ci ilə kimi haradasa peyda olmalıdır, lakin indi biz gələcəyin silahlı münaqişələrinin necə olacağını başa düşməliyik" o yazır.

Gələcək təyyarələrin dizaynı mövzusuna toxunan Fedosov, "mürəkkəblik məntiqinə uyğun olaraq irəli getməyin pis bir təcrübə olduğunu" təklif etdi. O, həmçinin qeyd edib ki, döyüş təyyarələri nəsildən-nəslə mürəkkəbləşir və nəticədə ağırlaşır. “Və təyyarə nə qədər böyük və ağırdırsa, bir o qədər bahadır”, - deyə akademik yekunlaşdırıb.

Cavid