PKK yönümlü deputatlar həbs edildi Dünya

PKK yönümlü deputatlar həbs edildi

Ardınca Diyarbəkrdə terror hadisələri törədilib

Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub.
Proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.
Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün aşağıdakı şəxslər saxlanılıb:
Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, Səlahaddin Dəmirtaş, İdris Baluken, Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan.
Müəyyən edilib ki, haqqıda saxlanılma əmri olan Faysal Saryıldız, Tuba Xəzər Oztürk ölkə xaricindədirlər.
Barələrində saxlanılma qərarı çıxarılan İmam Taşçıyer və Nihat Akdoğana qarşı məhkəmə prosesi davam etdirilir.
Məlumata görə, qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan şəxslər şahid ifadələri zamanı məhkəmədə dindirilmək üçün saxlanılıblar.
Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.
Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan bir qədər əvvəl həbs olunan kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri və deputatları ilə birlikdə Ankarada saxlanılıb.
Bu barədə "RİA Novosti"yə HDP partiyasının nümayəndəsi bildirib.
Məlumata görə, saxlanılma terrorçu fəaliyyətinin istintaqı çərçivəsində həyata keçirilib. Pərvin Buldan PKK ilə əlaqəsi olmaqda şübhəli bilinir. Xatırladaq ki, P.Buldan 2013-cü ildə İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalana baş çəkib.
Dünən Diyarbəkirdə respublika prokurorluğunun apardığı istintaq çərçivəsində evində saxlanılan HDP həmsədri Səlahəddin Dəmirtaş vəkili ilə birlikdə prokurorluğa aparılıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkili Demirtaşın ona qarşı acılan cinayətlərə dair prokurorun suallarına cavab vermək istəmədiyini, sadəcə qısa bəyanat verəcəyini bildirib.

Prokuror müavini isə Demirtaşın həbs edilməsini istəyib. Demirtaş, həbs olunması tələbi ilə Sülh Cəza Hakimliyinə sövq edilib.

Baş nazirin mətbuat xidməti isə bildirib ki, HDP- li deputatlar istintaqa ifadə verməkdən boyun qaçırdıqları üçün polis tərəfindən saxlanılıblar.

Onu da qeyd edək ki, bu həbslərdən sonra Türkiyənin Diyarbəkır şəhərində güclü partlayış baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə Diyarbakır şəhərinin Bağlar rayonunda Təhlükəsizlik İdarəsinin binasının qarşısında törədilib.
Türkiyənin Diyarbakır şəhərinin Bağlar rayonunda yerləşən Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində, ilkin məluimata görə, 6 nəfər yaralanıb.
Məlumata görə, partlayış səsi şəhərin bir çox yerlərində eşidilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.
Terror aktının bomba yüklənmiş avtomobil vasitəsi ilə törədildiyi ehtimal edilir. Terrorçular həmin avtomobillə binaya hücum ediblər.
Partlayış Diyarbakırdakı həbsxananın 200 metrliyində törədilib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.
Politoloq Vasif Əfəndi məlum hadisəylə bağlı qəzetimizə açıqlamasında vurğulayıb ki, Türkiyədə illər öncə yapılması gərəkən bir tədbir görüldü.Türkiyədə hüzuru pozan, inkişafını ləngidən, terror və vətəndaş itaətsizliyini təşkil edən, minlərlə günahsız insanı öldürən, milli ayrı-seçilik zəmnində qardaş qırğını törədən və nəhayət vətənini xarici ölkələrin maraqlarına satan PKK terrorçularına rəhbərlik edən 12 millət vəkli adını oğurlamış xain həbs olundu: "Uzun müddətdir ki, Türkiyəni qan içində boğan PKK terror təşkilatının siyasi rəhbərliyi olan HDP və onun liderləri dövlətin bütün imkanlarından yararlanaraq öz çirkin niyyətlərini həyata keçirirdilər. Yetər artıq, türk xalqının ödədiyi vergi və qurban verdiyi canların sayəsində terror olayları təşkil edərək dövləti bölmək və parçalamaq niyyətlərinə son qoymağın zamanıdır. Sözün doğrusu, Ərdoğan hakimiyyətinın bu terrorçuları sona qədər təqib edəcəyinə əmin deyiləm. Əgər Türkiyədə xalq "asgeri darbe" olaylarında olduğu kmi birlik, dövlətçilik və vətəndaşlıq mövqeyini sərgiləsə bu proses sona çatdırıla bilər. Bəzilərinin bu addımı vətəndaş müharibəsinə gətirib çaxra biləcəyi ehtimalını səsləndirərək dolayısı da olsa PKK simpatizyanlığı etməyə çalışırlar. Əslində isə Türkiyədə türk xalqına qarşı elan olunmamış müharibə gedir və bu mühairbənin qarşısı radikal yollarla alınmasa prosesin daha da böyüyəcəyi göz qabağındadır. Açığını deyim ki, vəziyyətin bu səviyyəsinə gəlib çıxmağında indiki hakimiyyətin də rolu az deyildir. Bunun adını qətiyyətsizlik, ya da siyasi naşılıq qoysaq da fakt göz qabağındadır. PKK simpatizianları çəkinmədən açıq şəkildə Türkiyə dövlətini, onun bayrağını və hinmin tanınmamaq kimi hərəkətlərini çəkinmədən etməkdədirlər. Buna bənzər hərəkətlər Türk millətinin simvolu Mustafa Kamal Atatürkə qarşı da edilməkdədİr. Atatürk Türkiyə üçün elə bir simvoldur ki, onun düşürlməsi Türkiyənin bitməsinə səbə ola bilər".