“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
12 İyul 2024 12:44
3 556
İtaliyada müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 11 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi yüksək risk xəbərdarlığı edib, Roma, Florensiya, Boloniya, Kampobasso, Frozinone, Latina, Perugia, Peskara, Rieti, Trieste və Viterbo şəhərlərində “qırmızı” xəbərdarlıq elan olunub.
Əhalini istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.
Paytaxt Romada havanın temperaturu 40 dərəcəni ötüb, bəzi yerlərdə isə 45-48 dərəcəyə çatacağı gözlənilir.
Meteoroloqlar Afrikadan qaynaqlanan anomal istilərin qarşıdakı günlərdə də davam edəcəyini bildiriblər.
10 Sentyabr 20:35
665
10 Sentyabr 18:07
756
10 Sentyabr 16:43
882