“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
12 İyul 2024 14:32
3 969
Gürcüstan 16 ildir NATO-nun “açıq qapı”sının qarşısında gözləyir, lakin bu müddət ərzində heç bir əlavə qərar qəbul edilməyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Şimali Atlantika Alyansının Gürcüstan və Ukraynaya münasibətini qiymətləndirərkən deyib.
“Eduard Şevardnadzenin sözləri indi də aktualdır: “Açıq qapı”nın önündə çox duran adam yelçəkəndən soyuqlaya bilər”. NATO üzvü ölkələr düşünməlidirlər ki, təhlükəsizlik vədlərlə deyil, qərarlarla təmin edilir. Təəssüf ki, biz bunu görmüşük, Ukrayna ilə bağlı heç bir əlavə qərar qəbul edilməyib. Onlar Ukrayna və Gürcüstan barəsində 16 il əvvəl deyilmiş şeyləri təkrarlayıblar ki, Ukrayna NATO-nun üzv ola bilər. Bunun nə vaxt, necə baş verəcəyi qeyri-müəyyəndir. Baxmayaraq ki, Ukrayna 2 ildən çoxdur Avropanın müdafiəsi üçün vuruşur. Baxmayaraq ki, cəsur Ukrayna xalqı 2 ildən çoxdur Rusiya qoşunlarını dayandırmaq üçün cəbhədədir, biz Ukrayna ilə bağlı heç bir əlavə qərar görməmişik”, - Papuaşvili qeyd edib.
20 Sentyabr 12:07
945
20 Sentyabr 12:06
924
19 Sentyabr 12:42
1 302