"Gürcüstan xalqı öz ölkəsinin gələcəyini müəyyənləşdirməlidir" Dünya

"Gürcüstan xalqı öz ölkəsinin gələcəyini müəyyənləşdirməlidir"

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, ABŞ Rusiya tərəfindən seçkilərə müdaxilə cəhdlərini dünyada diqqətlə izləyir.

"Biz Rusiyanın yalnız bir neçə cəhdini deyil, həm də seçkilərə birbaşa müdaxiləsini həm regionda, həm də dünyada görmüşük və həmişə diqqətli oluruq və bunu izləyirik. Bizdən dəfələrlə eşitdiyiniz kimi, əhəmiyyətlidir ki, yalnız Gürcüstan xalqı öz ölkəsinin gələcəyini müəyyənləşdirməlidir", - deyə Mettyu Miller bildirib.

Cavid