“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
6 Avqust 2024 08:05
2 513
“Böyük yeddilik” (G7) ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdə artan gərginlikdən narahatlarını bildiriblər və münaqişə tərəflərini gərginliyin azaldılması üçün əməkdaşlığa çağırıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı xarici işlər orqanları rəhbərlərinin bəyanatında deyilir.
“Biz bir daha bütün tərəfləri gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”, - bəyanatda vurğulanır.
G7 ölkələrinin xarici işlər nazirləri, həmçinin vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə və ya xalqın fayda görməyəcəyini bəyan ediblər.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlərdə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən və Beyrutda hərbi qanadının komandirlərindən birinin ləğvindən sonra başlayıb.
İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
18 Dekabr 19:43
1 190
18 Dekabr 19:17
1 050
18 Dekabr 18:51
959