Beynəlxalq münasibətlər sistemində İranın əxlaqını ifşa edən xronologiya - RƏY
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Azərbaycan və Moldova XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB-2
Azərbaycanda qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər
3 Sentyabr 2024 08:58
2 653
ABŞ-ın Ukrayna böhranının köməyi ilə Avropanı Rusiyaya qarşı qoymaq ideyası işləməyəcək və qlobal münaqişəyə çevrilərsə, Vaşinqton okeanın o tayında rahat otura bilməyəcək.
Bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Vaşinqtonun Ukrayna böhranından bu məqsədlə istifadə edərək Avropanı Rusiyaya qarşı qoymaq ideyası işləməyəcək, əgər mövcud vəziyyət qlobal münaqişəyə çevrilərsə, ABŞ rahat oturmayacaq”, - diplomatın səfirliyin Telegram kanalında dərc olunmuş şərhində deyilir.
“Heç bir müasir texnikanın, istər qırıcıların, istərsə də uzaqmənzilli raketlərin tədarükü, hətta muzdluların ölkəmizə göndərilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyəcək”, - Antonov vurğulayıb.
Cavid