“Onlar “qırmızı xətti” keçdilər”- Kim Çen İn Dünya

“Onlar “qırmızı xətti” keçdilər”- Kim Çen İn

Şimali Koreya lideri Kim Çen İn uranın zənginləşdirilməsi obyektini ziyarət edib. Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Bildirilib ki,
Koreya lideri nüvə silahı istehsalı sahəsindəki alimlərə, texniklərə və rəsmilərə nüvə istehsalı planını "qüsursuz" yerinə yetirdiklərinə görə təşəkkür edib.
İstehsal xətlərinin ümumi fəaliyyəti ilə tanış olmaq üçün “uranın zənginləşdirilməsi obyekti”nin nəzarət otağına baş çəkən Kim, iş yerinə baş çəkməkdən böyük “güc” aldığını bildirib.
ABŞ və müttəfiqlərinin nüvə təhdidlərinin "qırmızı xətti aşdığını" deyən Kim, çətin təhlükəsizlik mühitinin Şimali Koreyanı müdafiə məqsədi ilə nüvə silah potensialını artırmağa məcbur etdiyini bildirib.