Nazir: Yaxın vaxtlarda müəllimlərin ikinci dəfə sertifikasiya prosesinə başlanılacaq
Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək
Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək
44 mindən çox təhsil işçisinə süni intellektdən istifadə hüquqları veriləcək
20 Sentyabr 2024 15:40
5 187
Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin səfəri zamanı deyib.
Zelenski von der Leyen ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna Avropa İttifaqının təklif etdiyi 39 milyard dollarlıq krediti hava hücumundan müdafiə, enerji və yerli silahların alınması üçün istifadə etməyi planlaşdırır.
Zelenski ABŞ Prezidenti Co Baydenin Qələbə Planının əhəmiyyətini vurğulayaraq, onların görüşü zamanı bunu müzakirə edəcəklərini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti gələn həftə ABŞ-a səfər edəcək.