.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
"Rusiya xarici işlər naziri Sergey Lavrovun sözügedən bəyanatını bizim hökumət müsbət qiymətləndirir - Rusiyanın barışığa dəstək verməsi və buna yardım etməyə hazır olması yaxşıdır".
Bu barədə "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mübafiq açıqlamasına cavab verib.
Kaxa Kaladze mediaya açıqlamasında iqtidar komandasının əsas vəzifələrindən birinin ölkənin ərazi bütövlüyünü bərpa etmək olduğunu və bunun dinc danışıqlar yolu ilə həyata keçirilməli olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva, əgər "ölkələr" maraqlıdırsa, Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin normallaşdırılması prosesində Gürcüstana kömək etməyə hazırdır.
Cavid