Avropa İttifaqı Şimali Koreyanı beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb Dünya

Avropa İttifaqı Şimali Koreyanı beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb

Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) beynəlxalq öhdəliklərini saya salmamasını təxribatçı-qəbuledilməz davranış adlandırıb və onu beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb. Uyğun bəyanat KXDR-nın ballistik raket sınağı ilə bağlı Avropa İttifaqı xarici fəaliyyət xidməti tərəfindən yayılıb.
"Bundan əvvəl KXDR ballistik raket atıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin (2016-cı ilin noyabrında qəbul edilmiş 2321 saylı qətnamə də daxil olmaqla) tələblərinin növbəti dəfə pozulması deməkdir. KXDR-nın özünün beynəlxalq öhdəliklərini təkrarlanan saymazlığı təxribatçılıqdır və qəbuledilməzdir. Biz, KXDR-ı gərginliyin bundan sonra da artırılmasından çəkinməyə və beynəlxalq birliklə real, məzmunlu dialoqu bərpa etməyə çağırırıq" - deyə, xarici siyasət xidmətinin məlumatında qeyd olunur.
Xəbərdə o da deyilir ki, Avropa İttifaqının təhlükəsizlik siyasəti və xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini yaxın günlərdə beynəlxalq həmkar dövlətlərin xarici işlər nazirləri ilə cavab tədbirlərini müzakirə edəcək.