25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
15 Noyabr 2024 17:16
3 248
ABŞ-ın yeni administrasiyasında ayrı-ayrı şəxslər xarici siyasətin formalaşmasında əhəmiyyətli rol oynamayacaqlar.
Xalqcebhesi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan yeni Prezident Donald Tramp hökumətində erməniyönümlü şəxslərin yer almasını şərh edərkən deyib.
O, Trampın əvvəlki idarəçilik dövründə də bənzər tendensiyaların olduğunu və eyni şəkildə yeni rəhbərlik dövründə davam etdiriləcəyini bildirib:
“Bu tendensiyalar Ermənistana köməkdən çox mane olacaq. İlk növbədə ABŞ-ın özünü izolyasiya etməsi Vaşinqtonun regionumuza cəlbini əhəmiyyətli dərəcədə azaldacaq. Bu, vacib faktordur. Trampın siyasəti fərqli razılıqlar üzərində qurulub. Biz xatırlayırıq ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı kürdlər məsələsində necə razılığa gəldi. Eyni şey bizim regionda da edilə bilər.
Həmçinin Tramp hakimiyyətinin İran məsələsində mövqeyi bəllidir. ABŞ-ın Tehrana təzyiqləri artırması Ermənistana mənfi təsir göstərəcək. Bu səbəbdən Donald Trampın qayıdışı İrəvan üçün ancaq neqativ nəticələr verəcək. Beləliklə Ermənistan xarici siyasətlə bağlı bəzi qərarlarını dəyişməyə məcbur qala bilər”.