

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
19:08
İsrail Hərbi Hava Qüvvələri Beyrut ətrafında iki dəqiqə ərzində ümumilikdə Hizbullahın 20 hədəfinə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu cəmi 120 saniyə ərzində 8 döyüş təyyarəsi ilə Beyrutdakı 20 terror obyektinə zərbə endirib”, - məlumatda bildirilib.
Bundan başqa, Beyrutun cənubundakı Dahiya şəhərində Hizbullahın 13 obyektinə hücum edilib, qərargah, kəşfiyyat idarəsi, silah-sursat anbarları vurulub.
“Əl Manar” telekanalının məlumatına görə, Beyrutun Nuveyr rayonunda yaşayış binasına da hücum edilib. Hücumda azı iki nəfər həlak olub.
Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, hücum nəticəsində bina tamamilə dağılıb. Orada məcburi köçkünlərin yaşadığı güman edilir.