29 Avqust 11:17
28 Avqust 14:41
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
3 Dekabr 2024 22:02
3 038
Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani Böyük Britaniyaya ikigünlük dövlət səfəri çərçivəsində Kral III Çarlz və Uels Şahzadəsi Uilyam tərəfindən rəsmi olaraq qarşılanıb.
Xalqcebhesi.az xəbər verir ki, Qətər əmiri üçün Bukingem sarayı boyunca parad keçirilib. Uels Şahzadəsi Keyt Middlton da parad zamanı fayton kortejində yer alıb.
Dövlət səfəri çərçivəsində Qətər əmiri və xanımı Bukingem sarayında nahar ediblər, daha sonra parlamenti ziyarət ediblər. Axşam isə onlar dövlət ziyafətində iştirak edəcəklər.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Qətər Britaniyanın əsas müdafiə tərəfdaşlarından biridir. Birləşmiş Krallıqla Qətər arasında ticarət illik 6,6 milyard funt-sterlinq dəyərindədir. Qətərin Böyük Britaniya iqtisadiyyatında 40 milyard funt-sterlinq sərmayəsi var.
29 Avqust 17:42
833
29 Avqust 17:39
826
29 Avqust 11:13
1 162