“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”
5 Dekabr 22:04
5 Dekabr 22:04
5 Dekabr 21:38
5 Dekabr 15:47
4 Dekabr 2024 00:15
2 415
Avropa Birliyi (AB) ölkələri Türkiyə vətəndaşları üçün yeni məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, son illər AB tərəfindən viza siyasətində köklü dəyişikliklər edilib.
Bu çərçivədə Türkiyə vətəndaşlarının da Bolqarıstan vasitəsilə etdiyi müraciətlər üçün yeni məhdudiyyətlərin tətbiqinə hazırlıq gedir. Komissiyanın keçirdiyi ilin son iclasında müəyyən edilən xəritədə səyahət sərhədləri aydın xətlərlə çəkilib, Ankara isə bu sərhədlərdən kənara çıxarılıb.
İclasın əsas gündəm məsələlərindən biri də son illərdə Balkan ölkələrinə artan qeyri-qanuni miqrasiyanın qarşısının alınması olub. Bolqarıstanın Türkiyə ilə sərhədini qorumaq üçün əlavə tədbirlər görməsinə də qərar verilib.
Onu da qeyd edək ki, AB-nin üzvü olmasına baxmayaraq, indiyədək Bolqarıstan və Rumıniya üçün viza nəzarəti tətbiq edilirdi. 2025-ci ildən etibarən bu iki ölkənin vətəndaşlarına sərbəst hərəkət hüququ veriləcək.
5 Dekabr 21:21
980
5 Dekabr 21:20
1 176
5 Dekabr 19:04
1 099