“Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq”
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB
Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
5 Dekabr 2024 15:22
3 493
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qarşısına qoyduğu vəzifələr çərçivəsində ən azı müəyyən mənada faydalı ola biləcəyi sahələr qalmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı deyib.
“Elə bir sahə qalmayıb ki, ATƏT öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab tapmaqda ən kiçik də olsa faydalı rol oynaya bilsin. ATƏT daxilində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmayıb”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Lavrov Maltada ATƏT Nazirlər Şurasında Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Bu, Ukrayna müharibəsi başlayandan sonra Rusiya XİN başçısının Avropa İttifaqı ölkəsinə ilk səfəri olub.