AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: qadın özünü hərəkətdə olan qatarın yoluna atdı
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
31 Dekabr 2024 09:05
16 135
Cənubi Koreya ordusu dekabrın 29-da 179 nəfərin ölümü ilə nəticələnən “Jeju Air” şirkətinə məxsus təyyarənin qəzasından sonra aviasiya araşdırması aparır.
APA xəbər verir ki, bu barədə rəsmilərə istinadən Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanlığı artıq öz təyyarələrini, o cümlədən "Boeing 737-800" bazasında inşa edilmiş P-8A-nı yoxlamağa başlayıb. Yoxlamaların yanvarın 4-dək davam edəcəyi bildirilir.
İyul ayında Cənubi Koreya Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı döyüş qabiliyyətini artırmaq üçün bu təyyarələrdən altısını alıb.
Hərbi Hava Qüvvələri həmçinin "Boeing 737-700" kommersiya təyyarəsinin bazasında inşa olunmuş “Peace Eye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsində də yoxlama aparacaqlar.
Qeyd edək ki, qəza hadisəsindən sonra Cənubi Koreya rəsmiləri ölkədəki bütün "Boeing 737-800"ləri yoxlayacaqlarını bildirmişdilər.