
Avropa Birliyinə (AB) üzv ölkələr rusiyalı məmurların və iş adamlarının yer aldığı "qara siyahı"nın genişləndirilməsi ilə bağlı ilkin razılıq əldə ediblər.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu adının açıqlanmasını istəməyən Avropa Birliyinin rəsmisi deyib.
Bununla belə diplomat razılaşmanın detallarını açıqlamayıb.
Onun sözlərinə görə, AB-yə üzv 28 ölkə mayın 12-də Brüsseldə keçiriləcək toplantıda Rusiyaya qarşı əlavə sanksiyaları təsdiq edəcək.