19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
25 Yanvar 2025 17:33
2 324
Suriyanın Lazkiyə vilayətinin Kırdaha rayonunda təslim olmaq istəməyən keçmiş rejimin üzvlərinə qarşı əməliyyat başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Çox sayda təhlükəsizlik qüvvələrinin qatıldığı əməliyyata helikopterlər də cəlb edilib.
Məlumata görə, əməliyyat çərçivəsində keçmiş rejim üzvləri saxlanılıb.
Qeyd edək ki, Əsəd ailəsinin məmləkəti olan Kırdaha devrilmiş BƏƏS rejiminin keçmiş qalası kimi tanınır.