NATO-dan Rusiyaya daha bir xəbərdarlıq Dünya

NATO-dan Rusiyaya daha bir xəbərdarlıq

"Putin qoşunları geri çəkməsə..."

"Ukrayna NATO-ya qoşulmaq istəyirsə, buna özü qərar verməlidir. Biz heç kimi məcbur etmirik".
Bunu NATO-nun Avropadakı qoşunlarının komandanı Filip Bridlav "Bild" qəzetinə müsahibəsində deyib.
Bridlav Moskvadan öz qoşunlarını Ukrayna sərhədindən çəkməyi tələb edib: "Mən gözləyirəm ki, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edəcək, separatçıları dəstəkləməkdən əl çəkəcək və Ukrayna sərhədinə yığdığı 40 minlik qoşunu geri çəkəcək. Əks təqdirdə biz əlavə addımlar atacağıq, çoxlu hərbi təlimlər keçirəcək və müdafiə planını aktuallaşdıracağıq".
Konkret olaraq Bridlav bildirib ki, təlimlər Baltikdən Qara dənizə qədər bütün Alyans üzvü olan dövlətləri əhatə edəcək: "Bizim növbəti addımımız isə hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq".