16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
25 Fevral 2025 12:48
3 150
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı və Qəndil bölgəsində 5 PKK/YPG terrorçusunun, Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində isə 1 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada deyilir: “İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatında Qəndil bölgəsində müəyyən edilən 5 PKK, Suriyanın şimalında "Sülh çeşməsi” bölgəsində müəyyən edilən 1 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Terror yuvalarını məhv etməyə davam edəcəyik".