Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
Yaponiya müxtəlif tipli dəniz dronlarının istehsalı və bazası üçün mərkəz yaradacaq
Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 400 dollardan aşağı enib
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
15 Aprel 2025 16:08
2 688
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Əl-Kheetan BMT-nin Cenevrədəki ofisində həftəlik mətbuat konfransında çıxışında İsrailin Livandakı hücumlarının mülki vətəndaşları öldürməyə və yaralamağa, mülki infrastrukturu məhv etməyə davam etdiyini və bu vəziyyətin mülki şəxslərin müdafiəsi ilə bağlı narahatlıq doğurduğunu bildirib.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, o, “27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən bəri Livanda ən azı 71 dinc sakin İsrail əsgərləri tərəfindən öldürülüb” deyə vurğulayıb.
Həyatını itirənlər arasında 14 qadın və 9 uşağın olduğuna diqqət çəkən Əl-Kheetan insanların qorxu içində olduğunu və 92 mindən çox insanın hələ də evlərinə gedə bilmədiyini qeyd edib.
Zorakılığın dərhal dayandırılmasının vacibliyini diqqətə çatdıran Əl-Khetan, "Münaqişənin bütün tərəfləri ayrı-seçkilik, mütənasiblik və ehtiyatlılıq prinsipləri də daxil olmaqla beynəlxalq humanitar hüquqa hörmət etməlidir. Beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ilə bağlı bütün iddialar dərhal, müstəqil və qərəzsiz araşdırılmalı və məsuliyyət daşıyanlar hesab verməlidir" deyib.