Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
19 Aprel 2025 23:00
3 108
Rusiya hərbçiləri Xersonda mülki infrastruktura yenidən hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Məlumata görə, bu gün rus hərbçilər Xersonda çoxmərtəbəli binaya PUA-larla hücum ediblər. Hücum nəticəsində ən azı altı mənzildə yanğın baş verib.
Ölənlər barədə hələlik məlumat yoxdur.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin “Pasxa barışığı” elan etdikdən sonra da bütün istiqamətlərdə döyüşlər davam edir. Ukraynanın şərqində intensiv atəşlər qeydə alınıb.