![Kırımoğlunun evində axtarış aparılıb](https://xalqcebhesi.az//photos/Cemiloglumustafa.jpg)
Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmil Kırımoğlunun Krımdakı evində axtarış aparılıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Krım-tatar Xalq Məclisinin mətbuat katibi Əli Xamzin deyib.
Onun sözlərinə görə, Mustafa Cəmil Kırımoğlunun evində axtarış onun iştirakı olmadan aparılıb: "Bu gün 14 nəfər kütləvi şəkildə Krım tatarlarının, o cümlədən mənim də evimdə terrorçuluq fəaliyyəti şübhəsi ilə axtarış aparılıb".
Xamzin əlavə edib ki, güc strukturları artıq 150 Krım tatarını sorğu-sula etməyə də çağırıb.