21 Oktyabr 23:50
21 Oktyabr 23:18
2 İyun 2025 08:25
2 492
Türkiyənin Sinop bölgəsinin Türkeli rayonunda Dövlət Xəstəxanasının təcili yardım şöbəsində partlayış olub.
Kimyəvi maddələrin səbəb olduğu ehtimal edilən partlayışda palatada növbətçi tibb bacısı işləyən Damla G.B yaralanıb.
Xalqcəbhəsi.az “ensonhaber.com”a istinadla bildirir ki, hadisədən sonra xəstəxanaya çox sayda yanğınsöndürən və təhlükəsizlik qrupu sövq edilib. Yaralı tibb bacısına xəstəxanada növbətçi həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, daha sonra o, Samsun Universiteti Təhsil və Araşdırma Xəstəxanasının Yanıq Mərkəzinə köçürülüb.
Partlayışdan sonra hər hansı riskin qarşısını almaq üçün xəstəxana boşaldılıb. Təhlükəsizlik qüvvələri xəstəxana ətrafında təhlükəsizlik tədbirləri görüb.
21 Oktyabr 16:34
721
21 Oktyabr 16:23
742
21 Oktyabr 15:30
784