İsrailin Livana endirdiyi hava hücumunda bir nəfər həlak olub Dünya

İsrailin Livana endirdiyi hava hücumunda bir nəfər həlak olub

İsrail ordusunun pilotsuz uçuş aparatı (PUA) ilə Livanın cənubuna endirdiyi hücum nəticəsində bir nəfər həyatını itirib.

Xalqcebhesi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu ölkənin cənubuna qarşı pozuntularını davam etdirir.

İsrail ordusu, Nabatiyə vilayətinə bağlı Arnun qəsəbəsində bir motosikleti PUA ilə hədəf alıb. Hücum nəticəsində bir nəfər ölüb.

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu bu razılaşmanı tez-tez pozur.

Livan torpaqlarına quru hücumları zamanı sərhəd bölgəsindəki yaşayış məntəqələrinə daxil olan İsrail ordusu, atəşkəs razılaşmasında yer alan geri çəkilmə maddəsinə baxmayaraq, 5 nöqtədə varlığını davam etdirir.

Hava və quru hücumları ilə sərhədə yaxın qəsəbələrdə böyük dağıntılara səbəb olan İsrail, atəşkəsdən aylar keçməsinə baxmayaraq, Livanın cənubunda nəqliyyat vasitələrini və bəzi mövqeləri PUA-larla hədəf almağa davam edir.

Məryəm Quliyeva