

3 İyun 17:28
Çin ABŞ-ı ikitərəfli ticarət sazişini pozmaqda ittiham edib və öz maraqlarını qorumaq üçün addımlar atacağına söz verib.
Çinin ingilisdilli dövlət qəzeti "Global News" xəbər verir ki, bazar ertəsi Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın Pekinin may ayında Cenevrə danışıqlarında əldə edilmiş konsensusu pozması ilə bağlı iddiasını təkzib edib.
Çin səlahiyyətliləri ABŞ-ı birtərəfli qaydada yeni ayrı-seçkilik məhdudiyyətləri, o cümlədən süni intellekt çiplərinin ixracına nəzarət üçün yeni təlimatlar, çip dizayn proqramlarının Çinə satışına məhdudiyyətlər və çinli tələbələrə vizalarının ləğvi kimi yeni məhdudiyyətlər tətbiq etməkdə ittiham edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Vaşinqtonun hərəkətləri yanvarın 17-də son dəfə telefonla danışdıqları zaman Tramp və Çin prezidenti Si Cinpin arasında əldə olunmuş konsensusu pozub.
Cavid