Rusiyada dövlət xidmətlərinin saytında bomba sığınacaqları haqqında məlumat yerləşdiriləcək Dünya

Rusiyada dövlət xidmətlərinin saytında bomba sığınacaqları haqqında məlumat yerləşdiriləcək

Rusiyada "Qosusluqi"-dövlət xidmətlərinin saytında bomba sığınacaqları haqqında məlumat olan bölmə açılacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəis müavini Sergey Starovoytov məlumat verib.

Onun sözlərinə görə, bu, bütün Rusiya üçün əlçatan olacaq.

İndi öz şəxsi kabinetində istənilən şəxs xüsusi bölməni seçərək ən yaxın bomba sığınacağı ünvanını və hansı sığınacağa təyin olunduğunu öyrənə biləcək.

Sistem artıq Kursk və Belqorod vilayətlərində sınaqdan keçirilib.