Almaniyada İkinci Dünya müharibəsindən qalan bombalar zərərsizləşdirilib Dünya

Almaniyada İkinci Dünya müharibəsindən qalan bombalar zərərsizləşdirilib

Almaniyanın Köln şəhərində Köln Böyükşəhər Bələdiyyəsi, ABŞ istehsalı olan 3 bombanın məhv edilməsi zamanı ehtiyat tədbiri olaraq Deutzda 1 kvadrat kilometrlik ərazidə yaşayan 20 mindən çox insanın təxliyə edildiyini açıqlayıb. İkinci Dünya müharibəsindən bəri həyata keçirilən ən böyük təxliyə əməliyyatı çərçivəsində Reyn çayı üzərindəki körpülər bağlanıb, qatarların hərəkəti dayandırılıb, evlər, eləcə də 58 otel, muzey, məktəb, xəstəxana, qocalar evləri boşaldılıb.

Ekspert qruplarının işi nəticəsində yerli vaxtla saat 19:19-da bombaların məhv edildiyi açıqlanıb. Bombalar zərərsizləşdirildikdən sonra bağlı körpülər və yollar açılıb, tramvay hərəkətləri tədricən bərpa edilib.