

Elon Musk Trampla bağlı paylaşdığı fikirlərə görə təəssüfləndiyini bildirib.
O, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Elon Musk keçən həftə Trampla bağlı paylaşdığı fikirlərə görə təəssüfləndiyini və hadisənin bu qədər böyüməməli olduğunu düşündüyünü bildirib.
Xatırladaq ki, İlon Mask ötən həftə ABŞ prezidenti Donald Trampla yaşanan fikir ayrılığından sonra sosial şəbəkədə paylaşım edərək, onun seçki kampaniyasına əvvəlcə verdiyi dəstəyə görə təəssüfləndiyini bildirib. O qeyd edib ki, Trampın siyasi ritorikası və son davranışları gözləntilərini doğrultmayıb. Mask paylaşımında həmçinin Trampın adının uşaq istismarı ilə bağlı ittiham olunan Cefri Epstaynın sənədlərində keçməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb. Milyarder bu faktların onun dəstək qərarını yenidən nəzərdən keçirməsinə səbəb olduğunu bildirib.
Tramp da İlon Maskla münasibətlərinin pisləşdiyini istisna etməyib.
"Baxın, İlonla mənim əla münasibətimiz var idi. Bunun belə davam edəcəyinə isə əmin deyiləm", - Tramp deyib.