Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29
4 Noyabr 23:29
4 Noyabr 23:28
413
ABŞ-də keçirilən seçkilərdə demokratların üstünlük qazanması və Trampın impiçment olunma ehtimalı sosial-siyasi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Yenicag.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu açıqlama verib: “Demokratların istər Nümayəndələr Palatası, istərsə də Senatda çoxluğa sahib olması prezident Trampın avtomatik impiçmentlə vəzifəsindən uzaqlaşdırılacağı anlamına gəlmir. İlkin nəticələrə görə demokratlar öndədir. Respublikaçıların həmişə üstün olduqları ştatlarda da demokratların qələbə qazandığını nəzərə alsaq, onların həm Nümayəndələr Palatası, həm də Senatda üstünlüyü əldən verəcəyini söyləmək mümkündür.
Nümayəndələr Palatasında demokratların üstünlüyü Trampa qarşı qanunsuz hərəkətlər ittihamı ilə impiçment qətnaməsinin qəbul edilməsinə şərait yarada bilər. İndiyə qədər demokrat konqresmenlər Trampı dəfələrlə qanunsuz fəaliyyətdə ittiham ediblər. Lakin Nümayəndələr Palatasının qətnaməsi Senatda üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir. Demokratların Senatdakı az fərqlə səs çoxluğu buna imkan verməyəcək. Bunun üçün respublikaçı senatorların bir hissəsi də demokratlara dəstək verməlidir ki, bu da az inandırıcıdır. Əvvəllər də Trampa qarşı impiçment irəli sürülsə də, Senat bunu qəbul etməyib.
Tramp seçkinin nəticələri ilə bağlı bildirib ki, Konqresin qərarlarını veto edəcək. Yəni o, Konqresə təzyiq etməklə demokratların, xüsusilə xarici siyasətdə kompromisə getməsinə çalışacaq. Amma ABŞ daxilində qütbləşmənin dərinləşməsini və ziddiyyətlərin artmasını nəzərə alsaq, demokratlar kompromisdə maraqlı olmaya bilər. Bu da onu deməyə əsas verir ki, bundan sonrakı müddətdə ABŞ daxilində administrasiya ilə Konqres arasında mübahisələr güclənəcək. Bu isə ABŞ cəmiyyətinə də ciddi şəkildə təsir edə bilər”.
4 Noyabr 23:37
448
4 Noyabr 23:35
441
4 Noyabr 16:30
742