Ərdoğan: Türkiyə bütün regionda sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə edir Dünya

Ərdoğan: Türkiyə bütün regionda sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə edir

“Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə edir”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkitə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla İstanbulda görüşü zamanı bildirib.

İki liderin görüşü zamanı bölgədə baş verən cari hadisələr və Türkiyə ilə Ermənistan arasındakı dialoq prosesi müzakirə edilib.