Qazaxıstanda fırtına: ölən var Dünya

Qazaxıstanda fırtına: ölən var

Qazaxıstanın Pavlodar vilayətində baş vermiş güclü fırtına nəticəsində infrastruktur ciddi ziyan görüb, 16 nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.

Məlumata görə, vilayət ərazisində saniyədə 43 metrə çatan güclü külək qeydə alınıb. Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, bir sıra obyektlərə və yaşayış binalarına ziyan dəyib.

Təcili yardım xidmətlərinin məlumatına əsasən, xəsarət alanlar arasında 16 nəfər var. Aksu şəhərinin 1968-ci il təvəllüdlü sakini aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vilayət administrasiyası bildirib ki, hazırda Aksu şəhəri və Bayanaul rayonunda elektrik enerjisinin verilişində fasilələr davam edir. Bərpa işləri həyata keçirilir.