İsrail Livanda “Hizbullah”ın raket obyektlərinə zərbələr endirib Dünya

İsrail Livanda “Hizbullah”ın raket obyektlərinə zərbələr endirib

İsrail ordusu Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus hərbi obyektləri hədəfə alıb.

APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar təşkilata aid raket infrastrukturuna o cümlədən raket buraxılış qurğularına, sursat anbarlarına və digər silah sistemlərinə yönəlib.