
İsrailə İran hücumlarında 1200-dən çox yaralı
20 İyun 17:52
20 İyun 17:52
20 İyun 17:01
Rusiya Prezidenti Vladimir Putin rus əsgərlərinin kütləvi qatilinə çevrilib və ABŞ-ın sülh səylərinə ümumiyyətlə məhəl qoymayıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, Putinin bəyanatları ABŞ-ın sülh səylərinə tam etinasızlıq nümayiş etdirir.
"Birləşmiş Ştatlar və dünyanın qalan hissəsi qətllərə dərhal son qoymağa çağırsa da, əsas rus hərbi cinayətkarı Ukrayna torpaqlarını daha çox ələ keçirmək və ukraynalıları öldürmək planlarını müzakirə edir", - Sibiqa vurğulayıb.
Qeyd edək ki, Kreml rəhbəri Peterburqda Beynəlxalq İqtisadi Forumda “Rus əsgərinin ayaq basdığı hər yer Rusiya torpağıdır” fikrini ifadə edib.