20 Aprel 15:36
21 İyun 2025 08:49
2 688
ABŞ İsrailin başladığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika hərbçilərinə qarşı cavab zərbələri endirməyə hazır olacaq.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "NBC News" telekanalına müsahibəsində bildirib.
“Müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, aydın məsələdir. Özünümüdafiə isə hər bir ölkənin qanuni haqqıdır,” – nazir deyib.
İranın baş diplomatı onu da bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp istəsəydi, bir telefon zəngi ilə İsraili İrana hücumu dayandırmağa razı sala bilərdi.
20 Aprel 21:54
945
20 Aprel 21:28
1 134
20 Aprel 20:56
1 134